BUZ ÖRTÜYÜ

okean, dəniz, çay, göl, süni su anbarlarının səthində ilin soyuq vaxtlarında əmələ gələn, həmçinin qonşu ərazilərdən gətirilən buz. Yüksək enliklərdə ilboyu mövcud olur. ледяной покров ice cover, ice covering
BUZ MAĞARASI, BUZLAQ MAĞARASI, SOYUQ MAĞARA
BUZ SƏHRASI
OBASTAN VİKİ
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Lava örtüyü
Lava örtüyü (rus. лавовый покров, ing. lava sheet) — lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Meşə örtüyü
Qar örtüyü
Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.
Üstəgəlmə örtüyü
Üstəgəlmə örtüyü (rus. покров надвига , ing. overthrust cover, overfault cover) — üstəgəlmənin altda yatan layın üstünə gələn hissəsi.
Azərbaycanın bitki örtüyü
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir. İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor olmuşdur. 1724-1725-ci illərdə Rusiya EA-nın ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. S.T.Qmelinin başçılıq etdiyi Rusiya EA-nın ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. Qafqaz bitkiliyi, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820) tərəfindən toplanmışdır. XIX – əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar aparmışdır. XIX – əsrin sonlarında, Qafqaz rayonlarının bitki örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N. Smirnov, Y.A.Voronov, F.P.Keppen, V.N.Lipski, N.İ.Kuznetsov, A.Voronin, D.İ.Sosnovski və A.A.Qrosheymin işlərini qeyd etmək olar. Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ.Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.
Azərbaycanın torpaq örtüyü
Azərbaycanın torpaq örtüyü—Azərbaycanda boz, sarı, şabalıdı, şoran, allüvial-çəmən, dağ-çəmən torpaqları yayılmışdır. Allüvial-çəmən-meşə torpaqları genetik əlaqələri kifayət qədər öyrənilmişdir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov-Loginov və b. aparmışlar. Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E.Salayev, G.Ş.Həsənov və b. tərəfindən tədqiqat işləri davam etdirilmişdir. Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır. Bu torpaqların formalaşmasında çayların gətirdiyi allüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri altında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir. A1 və A2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Naxçıvanın bitki örtüyü
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü. Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur. Naxçıvan MR-də dörd bitki zonası var : yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10 °C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Buz səhrası
Buz səhrası == Buz səhra == Buz Səhra soyuq səhranın bir növü. Buz səhrası bitki örtüyünün olmaması, havanın alçaq temperaturu və mümkün fizioloji rütubətin çatışmaması ilə izah edilir. Buzlağın geniş məskəni olan Antarktida çox sayda buz var.
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Ölü buz
İtalyansayağı buz
İtalyansayağı buz — soyuq desertdir. Bu buzu hazırlamaq üçün sirop smesindən və meyvəli puredən istifadə olunur. Bunu hazırlamaq üçün müxtəlif növ sirop və meyvədən istifadə etmək olar. Buz üçün lazım olan bütün komponentlər adrıcıl olaraq blenderə qatılır və pure halına salınır və bundan sonra onu soyuducuya qoyulur. İtalsayağı buzun miqdarı ona əlavə edəcəyimiz məhsullardan asılıdır. Bəzən "hurman italsayağı buz" adına rast gəlirik. Onun italiyansağı buzdan fərqi onun hazırlamasında iki məhsuldan istifadə edilir. Həmçinin ona albalı, kokos, limon şirəsi əlavə edilir. Bununla yanaşı şokolad ,portağalda əlavə edilə bilər. İtalyan buzu Filadelfiyada "su buzu" olaraq da tanınır.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Buz dövrü
Buz dövrü (Qədim buzlaşma) — bir neçə milyon il davam edən, qitələrin və okeanların buzlaqlarının olduqca kəskin şəkildə artması ilə ümumi iqlimin soyuqlaşması dövrü. Yer kürəsinin tarixində onlar qeyri-bərabər paylanaraq bir neçə onillikdən 200 milyon ilə qədər davam edən buzlaq dövrlərində qruplaşdırılıblar . Yerin geoloji tarixində (dördüncü dövr) bir hadisə üçün ümumiləşdirilmiş bir termindir, bu müddət ərzində iqlimin ümumi nisbi soyuması və kontinental buz təbəqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi baş verir. Buz dövrü — buzlaq epoxaları toplusudur . Buzlaq epoxaları nisbi istiləşmələrlə növbələşir — buzlaşmanın azaldığı dövrlər üzrə ( buzlaqlararası) . Son Kaynozoy buzlaşması adlanan hazırkı buz dövrü son 34 milyon ildir davam edir. Son buz dövründən sonra 12 min il əvvəl başlayan buzlaqlararası dövr, holosen, dördüncü dövrün ( dördüncü buzlaşmanın başladığı və davam etdiyi) bir hissəsidir, bu da öz növbəsində 66 milyon il əvvəl başlayan kaynozoy erasının bir hissəsidir.
Buz-adam (personaj)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Buz adam (personaj)
Buz adam (ing. Iceman) — Marvel Comics tərəfindən yaradılan komiks personajı. Bir mutantdır. İlk dəfə 1963-cü ildə görünmüşdür. Əsas gücü soyuğu idarə edərək buz və qar əmələ gətirməkdir. Daha çox İks-adamlar komandası ilə birlikdə olmuşdur. Əsl adı Robert Luis Dreykdir. == Həyatı == Nyu York ştatının Floran Park şəhərində yəhudi ananın və katolik irland atanın ailəsində anadan olmuşdur. Güclərini gənc yaşında ikən soyuqdan titrərkən kəşf etmişdir. Oxuduğu məktəbin zorbası Rokki Biesi ona və qız dostuna hücum çəkərkən Robert panikaya düşmüş və Rokkini donduraraq güclərini ortaya çıxartmışdır.
Buz döyüşü (1242)
Buz döyüşü (1242) — aprelin 5-də buz bağlamış Çud gölü üzərində rus qoşunu ilə Livoniya ordeninin səlibçi cəngavərləri arasında vuruşma. == Haqqında == Səlibçilər (təqribən 5-7 min nəfər) Böyük Novqorodu, Kareliyanı və Neva rayonundakı torpaqları ələ keçirmək istəyirdilər. Rus qoşununun (təqribən 15-17 min nəfər) başçısı knyaz Aleksandr Nevski düşməni Böyük Novqoroda və Pskova gedən yolların üstündə, Cud gölünün cənub hissəsində döyüşə cəlb etdi. O, düşmənə cinahdan zərbə vuraraq, cərgələrini dağıtdı. Rus qoşunu qəti qələbə qazandı. 1242-ci ildə Novqorod ilə Livoniya ordeni arasında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, orden Pskov, Luqa, Vod torpaqlarına və başqa ərazilərə olan iddialarından imtina etdi. Buz döyüşü Novqorod respublikasının qərb sərhədlərinin təhlükəsizliyini təmin etdi və alman cəngavərlərinin şərqə hərəkətlərini dayandırdı.Buz döyüşünün təsiri ilə Litva və Pomorye xalqlarının səlibçilərə qarşı mübarizəsi gücləndi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.136.
Xumbu buz divarı
Xumbu buz divarı — Xumbu Buzlağının başında və Sükut dərəsinin ətəyində yerləşən buz divarı. Xumbu buz divarı Everest dağının Nepal yamaclarında 5,486 metr (17,999 ft) hündürlükdə yerləşir və Baza düşərgəsindən o qədər də uzaq deyil. Buz divarı Everest zirvəsinə gedən Cənubi Kol marşrutunun ən təhlükəli mərhələlərindən biri hesap olunur. Xumbu buz divarı Xumbu buzlağının elə sürətlə hərəkət edən bir bölməsidir ki, burada daim birdən-birə açılmış böyük çatlaqlara və buz qüllələrinə rast gəlmək mümükündür. Buzlaqdan daim ölçüsü avtomobildən tutmuş böyük evlərə qədər olan nəhəng buz parçaları düşür. Buzlağın dağdan hər gün 0.9 to 1.2 metr (3 to 4 ft) uzaqlaşdığı təxmin edilir. Əksər alpinistlər səhər tezdən, günəş doğmadan əvvəl, gecə qismən donub qaldıqda və daimi hərəkətlər az olduqda buz divarını keçməyə çalışırlar. Güclü günəş işığı ərazini isitdikcə buz quruluşu arasındakı sürtünmə azalır və yarıqların açılması və ya qar və buz bloklarının düşmə şansını artırır. Xumbu buz divarını keçmək üçün ən təhlükəli vaxt ümumiyyətlə günortadan axşama qədər yəni günəşin daha isti və buzlaqdakı hərəkətlərin daha intensiv olduğu vaxta qədərdir. Təcrübəli, uyğunlaşmış alpinistlər buz divarını bir neçə saat ərzində keçə bilər, ilk dəfə bu ərazidən keçən və yaiqlimə hələ də uyğunlaşa bilməyən alpinistlər təxminən 10-12 saatda buzlağı keçirlər.
Buz dövrü: Ərimə
Buz dövrü: Ərimə (ing. Ice Age 2: The Meltdown) — 2006-cı ildə istehsal olunmuş animasiyadır. Mamont Manfred (qısa adı: Menni), tənbəl Sid və pələng Diyeqo macəralarına davam edirlər. Onlar öyrənirlər ki, yaşadıqları sahə əriməyə başlayacaqdır. Bu səbəbdən buranı tərk etmək məcburiyyətində qalırlar. Skret adında dələ isə əvvəlki kimi öz palıd qozasının axtarışındadır. Mamont Menni hələ öz növündən biriylə qarşılaşmamışdır. Dünyada qalan son mamont olduğuna inanmağa çalışarkən Elli adlı mamontla tanış olur. Ancaq Elli özünün mamont olduğunu qəbul etməməkdədir. Elli qardaşlarını opossumlar olan Kreş və Eddini hesab edir… «Buz dövrü 2» — Internet Movie Database saytında.